Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyət və incəsənətinə qayğısı

0

  •         Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev izi, Hedər Əliyev əməyi olmasın. Heydər Əliyevin diqqət göstərdiyi və xüsusi önəm verdiyi sahələrdən biri də mədəniyyət və incəsənət sahələri olmuşdur. Onun ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi diqqət, qayğı gündəlik fəaliyyətinin ayrılmaz hissəsi olub.Dahi şəxsiyyət mədəniyyət və incəsənətin bütün sahələrinə dərindən bələd olub, bu sahənin nümayəndələrinin, sənət adamlarının həm gündəlik həyat tərzinə, həm öz sahələrindəki fəaliyyətlərinə daim dəstək olmuşdur. O, ruhən incəsənətəçox bağlı insan idi. Mədəniyyət və incəsənət adamlarının çoxu ilə şəxsən tanış idi. Mədəniyyətin elə bir sahəsi yox idi ki, onun diqqətindən kənarda qalmış olsun. Azərbaycanın bir çox dahi şəxsiyyətləri – şair, yazıçı, bəstəkar, müğənni, aktyor, memar, rəssam və digər sahənin nümayəndələrinin yubleylərinin dövlət səviyyəsində qeyd olunması, respublikanın müxtəlif şəhərlərində abidələrin ucaldılması, fəxri adların, mükafatların verilməsi, imkan olduqda görüşlərin keçirilməsi kimi işlər diqqət və qayğının göstəricisi idi. İ. Nəsimi, C. Məmmədquluzadə, C. Cabbarlı, H. Cavid və başqalarının abidələrini ucaldılması, U. Hacıbəyli, Niyazi, Bülbül, M.S.Ordubadi, Ə. Əzimzadənin ev muzeyinin açılması, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Fidan Qasımova kimi şəxslərin onun təqdimatı ilə SSRİ Xalq artisti adına layiq görülməsi, Q.Qarayev, R. Behbudov, Tahir Salahov, Mustafabəy Topçubaşov kimi şair, ədib, bəstəkar, elm xadimlərinin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi dahi şəxsiyyətin fəaliyyəti ilə bağlıdır.M. Füzulinin 500, İ. Nəsiminin 600, “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubleylərinin beynəlxalq aləmdə təntənəli keçirilməsi fədakar əməyin nəticəsi olmuşdur.Ulu Öndər daim deyirdi ki, istedad xalqın milli sərvətidir. O, özü də istedadın inkişafı üçün daim dəstək olur, bu sahədəki əməyi yüksək qiymətləndirirdi.Şahilə Zeynalova,Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib54 dəfə
    ulu Öndər heydər Əliyevin azərbaycan mədəniyyət incəsənətinə qayğısı

    Maraqlı gələ bilər
    65
    56